Səidə Haqverdiyeva vəzifədən azad olundu
13 Dekabr 2025, 21:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
546
02.02.2025, 10:15
"Yaşı 40-ı keçən şəxslər hökmən D3 vitamini qəbul etməlidir. Bu vitamin onların immunitet sisteminin güclənməsinə, qan təzyiqinin sabitləşməsinə, xərçəng riskinin azalmasına və qocalma prosesinin ləngiməsinə kömək edəcək".
OXU24.COM xəbər verir ki, bunu diyetoloq və parafarmasçı Yuliya Popova bildirib.
Onun sözlərinə görə, D3 vitamini sağlamlığın qorunmasında əsas rol oynayır. O hesab edir ki, yaşı 40-ı ötən insanların bu vitamini qəbul etməsi xüsusilə vacibdir.
Həkim D3 vitamininin kalsiumun normal mənimsənilməsi üçün lazım olduğunu söyləyib: "Kalsium normal mənimsəniləndə sümüklər güclənir, sinir impulslarının ötürülməsi yaxşılaşır, hormonların və fermentlərin istehsalı artır. Bu vitaminin çatışmazlığı sümüklərin zəifləməsinə və osteoporoz riskinin artmasına da səbəb ola bilər".
Həmçinin oxuyun
Həkim yaşı 40-ı ötən insanların C vitamininə diqqət yetirməsini də tövsiyə edib. Bu vitamin güclü antioksidant xüsusiyyətləri sayəsində qocalmanı ləngidir, karbohidrat mübadiləsini sürətləndirir, çəki və qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir. Bundan əlavə, Popova maqnezium, kollagen və omeqa-3-ün orqanizm üçün vacib elementlər olduğunu deyib.
Həkim sadalanan vitaminlərin müxtəlif qidalarda, o cümlədən qoz-fındıq, göyərti və balıqlarda zəngin olduğunu bildirib.
21:21 / 13 Dekabr 2025
1
21:19 / 13 Dekabr 2025
11
21:15 / 13 Dekabr 2025
14
21:02 / 13 Dekabr 2025
19
20:49 / 13 Dekabr 2025
100
20:44 / 13 Dekabr 2025
39
20:36 / 13 Dekabr 2025
41
20:26 / 13 Dekabr 2025
50
20:01 / 13 Dekabr 2025
159
19:53 / 13 Dekabr 2025
59
19:21 / 13 Dekabr 2025
273
19:16 / 13 Dekabr 2025
89
18:32 / 13 Dekabr 2025
872
18:12 / 13 Dekabr 2025
151
18:02 / 13 Dekabr 2025
98
17:43 / 13 Dekabr 2025
1458
17:09 / 13 Dekabr 2025
98
16:55 / 13 Dekabr 2025
324
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
94
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2711
14:50 / 13 Dekabr 2025
108
14:38 / 13 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.